Ana səhifə  
   
 
 
 
 
 
Xəbərlər Arxivi

26.03.2009

İstifadəçilərimizin xahişlərini nəzərə alaraq, İlk Addımlar saytının forumu öz fəaliyyətinə başladı. Buyurub, sizi maraqlandıran mövzularda müzakirələr apara bilərsiniz.

25.02.2009

BDU-nun saytının operativ yenilənməsi ilə əlaqədar tədris kursları keçirilib.


BDU-nun saytının operativ yenilenmesi ilə əlaqədar bsuCMS sisteminde işləmək üçün BDU-nun əməkdaşlarına xüsusi tədris kursları keçilib.Tədris kurslarını iştirakçılara BDU-nun tətbiqi riyaziyyat fakültəsinin tələbəsi Adil Əliyev keçib.

Tədris kursların başa vuran iştirakçılar "İlk addımlar" sertifikatlaşdırma mərkəzində onlayn test imtahanı veriblər. Testin nəticələrinə müvafiq olaraq tədris kurslarını müvəffəqiyyətlə başa vuran iştirakçılara "İlk addımlar" layihəsinin rəhbəri Rəşad Əliyev və BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Әzbәr Sadayev tərəfindən xüsusi sertifikatlar təqdim olunub.

10.09.2007

"İlk Addımlar" komandasının üzvü olan Ruzigar Həsənov-un göndərdiyi Gözün rəngini dəyişmək üçün olan bir addım Abobe Photoshop dərsliyinə əlavə edildi. Əgər siz də bizim komandamızın üzvü olmaq istəyirsinizsə öz yazdığınız və ya tərcümə elədiyiniz dərsliklərinizi bizə göndərin.

07.09.2007

"İlk Addımlar" layihəsi artıq sizlər üçün yeni yadda qalan domenlərdə. www.ilkaddimlar.com domenindən siz saytımızın əsas səhifəsinə, www.ilkaddimlar.az domenindən isə "Onlayn Sertifikatlaşdırma" sisteminə daxil ola bilərsiz. Bununla da siz istədiyiniz məlumatları rahatlıqla əldə edəcəksiz.
Qeyd: firststeps.az domeni əsas domen adı kimi qalacaq. Lakin rahatlıq üçün ilkaddimlar.com və ilkaddimlar.az adlarından istifadə ediləcək.

02.07.2007

http://brain.firststeps.az sistemində ilk sertifikatını almış "Xumar Şahbazova"-nı bu münasibətlə təbrik edirik. Siz də bizim onlayn sistemdə qeydiyyatdan keçib imtahan verməklə biliyinizi yoxlayın və sertifikat əldə etməklə öz peşəkarlığınızı digərlərinə göstərin.

23.06.2007

"İlk Addımlar" layihəsi ilk dəfə olaraq WAP ustalar üçün onlayn imtahan hazırladı. Bu sistemdə sertifikat əldə etməklə, siz öz peşəkarlıq dərəcənizi daha da yüksəltmiş olacaqsınız.

16.06.2007

Onlayn sertifikatlaşdırmada yeni imtahan. Əgər siz Web Ustasınızsa, onda təqdim etdiyimiz HTML 4.01 imtahanı tam sizin üçündür. Əminliklə onu bildirə bilərik ki, bu imtahanı keçənlər HTML-dən kifayət qədər məlumatlı peşəkarlardır. Buyurun, siz də öz peşəkarlığınızı bu imtahanı keçməklə sübut edin.

15.06.2007

Sizlərin İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində biliklərinizin artırılması üçün hər zaman qeyri adiliklərlə yenilənən İlk Addımlar lahiyəsi daha bir inanılmaz layihəyə imza atdı. Artıq siz bizim saytımızda Onlayn rejimdə imtahan verib sertifikat əldə edə biləcəksiz. Bunun üçün sadəcə olaraq http://brain.firststeps.az ünvanında qeydiyyatdan keçmək və sonra isə Test imtahanını vermək lazımdır. İNFOTEK ictimai birliyi və İlk addımlar layihəsinin birgə imzaladığı bu sertifikatların nə dərəcədə güclü və etibarlı olduğunu siz saytda imtahan verərkən görəcəksiz. Hal hazırda yalnız "İnternetin əsasları" mövzüsunda sertifikatlaşdırma mövcuddur, lakin tez bir zamanda Test imtahanlarının sayı artacaq.

06.05.2007

"İlk Addımlar" komandasına yenicə qoşulmuş gənc dizayner Fuad Kərimovun (FK Studio) göndərdiyi Adobe Photoshop haqqında olan dərslik saytımıza əlavə edildi. Siz də öz yazdığınız dərslikləri bizə göndərməklə komandamıza qoşulun.

23.04.2007

Referatlar bölümünə saytımızın istifadəçilərinin göndərdikləri müxtəlif mövzularda 20-yə yaxın "Elmi İşlər" toplusu əlavə edildi. Sizlərin də elmi işlərinizi bizim saytımızda gözləyirik.

    [1]      [2]      [3]      [4]